Ermənistanın daha çox cinayətləri üzə çıxacaq - Hikmət Hacıyev-VİDEO

16:58 18.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Füzuli rayonundan ermənilərin dağıdılmış istehkam xətlərini paylaşıb.

Hafta.az-ın məlumatına görə, o, bu barədə "Twitter" səhifəsində paylaşım edib.

H.Hacıyev, həmçinin Qaraxanbəyli kəndindən görüntülər yayıb:

"Bölgədə sağlam tikili qalmayıb. Vandalizm sərhəd tanımır. Ermənistanın daha çox cinayətləri üzə çıxacaq. Beynəlxalq media Ermənistanın bütün hərbi cinayətlərini işıqlandırır".