Evlənmək istəyən 297 nəfərdə sifilis aşkarlanıb

17:44 04.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ötən il ərzində nikaha daxil olmaq istəyən 126 mindən çox insanın qan nümunəsi müayinə olunub.

Hafta.az Səhiyyə Nazirliyinə istinadən bildirir ki, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib.

Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.

Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.