FIFA-nın prezidenti Bakıya gəlir

18:31 20.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FIFA-nın prezidenti Canni İnfantino Bakıya gələcək.

Hafta.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, bu gün Avro-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə-Türkiyə oyununu izləmək üçün FIFA-nın prezidenti Canni İnfantino Bakıya gələcək.

Xatırladaq ki, qarşılaşma saat 20:00-da başlayacaq.

Oxunma sayı 985