Fərdi evdə yanğın olub

23:50 12.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakən rayonunun Sarıbulaq kəndində fərdi yaşayış evində yanğın baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 90 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.