Fermadan 21 baş heyvan oğurlandı

18:27 02.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samux rayonunda fermadan oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə Əlibayramlı kəndi ərazisindəki fermaların birindən 21 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.