Fərqli filmlərdə oxşar rolları oynayan aktyorlar

10:52 02.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər birimiz kinolarda həmişə eyni obrazı təkrarlayan aktyorların şahidi olmuşuq. Davranışları, mimikaları və hətta dedikləri sözlərlə əvvəlki filmlərdəki personajı xatırladırlar. Buna həmişə aktyorların özləri deyil, müəyyən rolu seçən ssenaristlər və rejissorlar səbəb olur.

Hafta.az-ın yazdığına görə, hər şeydən əvvəl pərəstişkarları Rayan Reynolds, Mişel Rodriges, Dueyn Conson və Vin Dieseli tənqid edərək bu aktyorları “bütün filmlərdə eyni obrazları canlandıran dörd nəfər” adlandırıblar.

"Ryan Reynolds yalnız bütün filmlərdə özünü oynayır" deyə “Reddit” şəbəkəsində bir istifadəçi qeyd edib. Açıq müsabiqənin iştirakçıları hətta qeyd ediblər ki, Dueyn Conson həmişə eyni geyimdə fotosessiyaya çəkilir.

Siyahıda daha sonra tənqid olunan amerikalı reper, aktyor və ssenarist İce Cube olub. "O, əsasən üzünü qəzəbli göstərmək üçün pul alır" deyə bir istifadəçi zarafat edib.

Nikol Kidman da mütəmadi olaraq oxşar rollarda görünən məşhurlar siyahısına daxil edilib. İstifadəçilərdən birinin dediyinə görə, “O, ən azı beş filmdə və ya serialda vəfasız, hiyləgər, lakin zəngin kişinin arvadı rolunu oynayıb”.

“Reddit” platformasında tez-tez eyni obrazda görünən aktyorlar kimi Cennifer Culidge, Set Rogen, Mark Uahlberg, Ceyson Momoa, Cek Blak, Gal Gadot, Vince Von, Ceyson Bateman və hətta Bill Murrayın adı çəkilir.

Hollivud ulduzu Brüs Uillisin də onilliklər ərzində eyni obrazı təcəssüm etdirdiyi qeyd edilir. Cavabında bir istifadəçi yazıb: “Düzdür, Brüs Uillis eyni rolları çox ifa edib, amma o, necə rol oynamağı bilir. Xüsusən də “Ona ölüm yaraşır” filmində öz məharətini nümayiş etdirib.

Bundan başqa, aktyor Ceyson Statham da tənqid olunub. "Ceyson bütün filmlərdə eyni obrazı canlandırıb, amma bəzi vaxtlarda dəyişən rollara da çəkilib" deyə ulduzun tərəfini tutanlar da az olmayıb. Məsələn, “Sərhədsiz” və “Kartlar, pullar və tapança” filmlərində onun qeyri-adi rollar oynadığı deyilir.

Bəziləri aktyor Kianu Rivzi bir obrazda çox ilişib qalmış adlandırmağa çalışsalar da, qızğın pərəstişkarları aktyorun “Matrix” və “Con Uik” filmlərini misal gətirərək bunun əksini sübut ediblər.