Fiqurlu konkisürənlərimiz Sofiyada bürünc medal qazanıblar

11:05 12.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı yarışda fəxri kürsüyə qalxıblar.

Qış İdman Növləri Federasiyasından Hafta.az-a bildirilib ki, Samanta Ritter və Daniel Brikalov cütlüyü buz üstündə rəqs növü üzrə mübarizə aparıblar.

Onlar 11 idmançı arasında 171.75 xal toplayaraq üçüncü yerdə qərarlaşıblar və bürünc medala sahib çıxıblar.