Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var

10:46 20.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın qərbində yerləşən La Baule kommunasında turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, xilasedicilər hadisə yerinə çatdıqda təyyarə alov içində olub. Yanğının söndürülməsi əməliyyatına 29 nəfərlik heyət cəlb edilib.

Qəzanın başvermə səbəbləri və həlak olanların şəxsiyyəti araşdırılır.