Yazını böyüt
Yazını kiçilt
Fransanın Baş naziri Jan Kasteks istefa ərizəsini rəsmən Fransa Prezidenti Emmanuel Makrona təqdim edib.
Emmanuel Makron istefa ərizəsini qəbul edib və bu axşam yeni hökumətin təqdim olunacağı gözlənilir.
Fransa Prezidenti Emmanuel Makron tviter hesabında bununla bağlı yazıb: “Jan Kasteksə, onun hökumətinə, bütün komandasına təşəkkür edirəm. İki ilə yaxın müddətdə o, Fransanın xidmətində sədaqətlə dayandı. Gəlin birlikdə görülən iş və əldə edilən nəticələrlə fəxr edək”.