Futzal millisi Danimarkanı məğlub edib

18:15 24.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan millisi bu gün Danimarka ilə ikinci yoldaşlıq görüşünü keçirib.

Hafta.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş millimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində qolları Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və təcrübəli qapıçı Rövşən Hüseynli vurub. Danimarka komandasından isə Mads Falk və Ruben Vinther fərqləniblər.

Qeyd edək ki, komandalar iki gün əvvəl də qarşılaşmışdılar. İlk yoldaşlıq oyununda Danimarka yığması 4:1 hesabı ilə qalib gəlmişdi.