Futzal üzrə millimizin media üçün məşqi keçirilib

10:44 19.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futzal üzrə Azərbaycan millisinin media üçün açıq məşqi keçirilib.

Hafta.az xəbər verir ki, hazırlıq prosesində 4-ü qapıçı olmaqla ümumilikdə 19 futzalçı iştirak edir. Yığma toplanış zamanı yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli (hər ikisi “Araz-Naxçıvan”), Cavad Məmmədov (“Baku Fire”), Kamran Hacıyev (“Neftçi” İK)

Oyunçular: Ədalət Ələkbərov, Nurlan Məmmədov, Qüdrət Qasımzadə, Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), Eldar Zeynalov, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Oktay Rüstəmli, Tofiq Mikayılov, Murad Quluzadə (hamısı “Baku Fire”), Emil Həsənzadə, Fərid Atakişiyev, Nihad İsmayılov, Tofiq Əliyev (hamısı “Neftçi” İK).