Füzulidə Zəfər və İşğal muzeylərinin layihəsini İtaliya şirkəti hazırlayacaq

17:24 19.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə olublar.

Hafta.az-ın məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında paylaşım edib.

O qeyd edib ki, İtaliyanın "C Group" şirkətinin əməkdaşları Füzulidə yerləşəcək Zəfər muzeyi, İşğal muzeyi, Memorial Park və Bayraq meydanının layihələndirilməsi məqsədilə müvafiq obyektlərin yerləşəcəyi yerlərə baxış keçirib.

Sosial rubrikasından digər xəbərlər