Dünya 25 noyabrdan 10 dekabr tarixinə qədər Gender əsaslı zorakılığa qarşı 16 Günlük kampaniyanı qeyd edir. Bu ilki qlobal mövzu qadınlara və qızlara qarşı rəqəmsal zorakılığa son verilməsinə yönəlib.
Hafta.az-ın yazdığına görə, bunlar Niderlandın ölkəmizdəki səfirliyinin sosial səhifəsində qeyd olunub.
Kampaniya bütün zorakılıq formalarının qarşısını almaq və daha təhlükəsiz, inklüziv cəmiyyətləri təşviq etmək üçün qlobal öhdəliyi vurğulayır. Bu beynəlxalq təşəbbüs çərçivəsində Niderland dünyadakı tərəfdaşlarına qoşularaq qadınlar və qızlar üçün həm onlayn, həm də oflayn müdafiə və bərabərliyi gücləndirən tədbirlərə dəstək verir, maarifləndirməni və dialoqu təşviq edir.
Paylaşım bu sözlərlə bitir: “Gəlin daha təhlükəsiz gələcək naminə birlikdə addımlayaq”.