Gənc oğlan kürəyindən bıçaqlandı

09:00 07.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Xətai rayonunda 29 yaşlı oğlan küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hafta.az xəbər verir ki, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Səlimov Ələkbər İnqilab oğlu naməlum şəxsin hücumuna məruz qalıb. O, kürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.