Gəncədə qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib

09:51 14.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə iki avtomobilin toqquşması nəticəsində ağır yaralan şəxs xəstəxanada ölüb.

Ölən şəxs 1980-ci il təvəllüdlü Abdullayev Rövşən Daşdəmir oğludur.

Qeyd edək ki, hadisə  ötən gün səhər saatlarında şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını digər minik maşını ilə toqquşub. 

Qəza zamanı R.Abdullayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.