Gəncədə yaşayış binasında yanğın - FOTO

21:37 21.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə yanğın olub.

Hafta.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev Prospektində yerləşən 5 mərətəbəli binada qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, alovun digər evlərə keçməsinin qarşısı alınıb. Bina sakinləri təxliyə edilib.

 

Hadisənin başvermə səbəbləri araşdırılır (apa).