Yazını böyüt
Yazını kiçilt
Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə yardımı ilə “ Bilik gücümüzdür ” layihəsi çərçivəsində beşinci tədbirini 09 oktyabr 2020-ci ildə saat 14.00 təşkil etdi.
Gənclərin Tənhalara Dayaq İctimai Birliyi"nin sədri Xoşbəxt Seyidova çıxış edərək, layihə haqqında məlumat verib. Onun sözlərinə görə, pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var. Tədbirlər 10 gün keçiriləcək hər bir tədbirdə isə 15 nəfər gənc iştrak edəcək. Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.