Gənclər zorakılığa qarşı mübarizə ilə bağlı maarifləndirilib

16:15 13.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə yardımı ilə  “ Bilik gücümüzdür ” layihəsi çərçivəsində  13 oktyabr 2020-ci ildə saat 14.00 online tədbir təşkil etdi.

Gənclərin Tənhalara Dayaq İctimai Birliyi"nin sədri Xoşbəxt Seyidova çıxış edərək, layihə haqqında məlumat verib. Onun sözlərinə görə, pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var. Tədbirlər 10 gün keçiriləcək hər bir tədbirdə isə 15 nəfər gənc iştrak edəcək. Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.