Goranboyda gənc oğlanı "tok" vurub öldürdü 

16:40 27.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda 25 yaşlı gənci elektrik cərəyanı vurub öldürüb.

 

Hafta.az-ın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib.

 

Belə ki, 1997-ci il təvəllüdlü rayon sakini Hüseynov Sərxan İlham oğlunun elektrik xəttinə toxunması nəticəsində onu cərəyan vurub. Gənc oğlan yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.