Goranboyda yabanı çətənə kolları aşkarlandı

11:25 26.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

 

Daha sonra çətənə kolları aidiyyəti üzrə məhv edilib.

Oxunma sayı 171