Yazını böyüt
Yazını kiçilt
Goranboy şəhərində yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, şəhərdə "QAZ" markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və həcmi 10 litr olan yanacaqla dolu qab yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.