Gürcüstan Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10:39 16.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Hafta.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.