Yazını böyüt
Yazını kiçilt
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovdan 380 qram marixuana aşkarlanaraq götürülüb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini A.Gülməmmədovdan 425 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.