“Harry Potter” ulduzunun sevimli serialı

11:55 14.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aktyor Daniel Radkliff izləməkdən zövq aldığı serialı açıqlayıb. Blokbaster “Harry Potter” serialının ulduzu televiziya tarixinin ən yaxşıları arasında sayılan məşhur serialları saymadan hər kəsi təəccübləndirdi.

Hafta.az-ın CBR.com-a istinadən yazdığına görə, "Düzünü desəm, mən cizgi filmlərinə və realiti şoulara baxıram" deyib Radkliff.

34 yaşlı aktyorun cavabı bununla məhdudlaşmayıb. "Mən heç vaxt "Breaking Bad"ə, "The Sopranos" və ya "The Wire"a heç vaxt baxmamışam", - deyən britaniyalı aktyor etiraf edib: "Bütün bu yavaş, bir neçə saat davam edən şeylərə baxa bilmirəm. Məncə, bu, bizim nəslin bir çox insanının “Simpsonlar”la böyüməsindən irəli gəlir".

O, təkcə “The Simpsons” filminin üç seriyasında deyil, həm də “Robot Chicken”, “BoJack Horseman”, “Rick and Morty”, “Digman!” və “Mulligan”, eləcə də digər animasiyalarda qonaq səsləri oynayıb.

"Keçən gecə mən “Jeopardy” filminə baxırdım və yarışmaçılardan biri öz biliyini “The Simpsons”a borclu idi. Bu, mütləq mənə də aiddir", - Radkliff deyib.

“Orada çox qəribə faktlar var və mənim dünya haqqında ümumi məlumatımdan tutmuş yumor hissimə qədər hər şey Simpsonlar tərəfindən müəyyən şəkildə formalaşdırılıb. Məntiqlidir ki, bizim nəslin “The Simpsons”la böyüdükdən sonra yaşlandıqca daha çox böyüklər mövzulu cizgi filmlərinə baxmağa davam etmək istəyərlər” deyib aktyor.

Oxunma sayı 169