“Hazırda dəmiryolunun 20 minə yaxın işçisi var” – Cavid Qurbanov

11:24 17.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Hazırda dəmiryolunun 20 minə yaxın işçisi var”.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Dəmiryolları QSC-nin rəhbəri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında söyləyib. O qeyd edib ki, 2015-ci ildən indiyə qədər dəmiryolu işçilərinin əməkhaqqından 95 faiz artım var: "2015-ci ildə əməkhaqqı ortalama 120-130 manat idisə indi bu əməkhaqqı 583 manat təşkil edir. Bu göstərici daha da yüksəldiləcək. Keyfiyyətli xidmət üçün infrastrukturun inkişafına xüsusi diqqət yetirilir. Hazırda dəmiryolunda orta sürət 55 kilometrin üzərindədir. Keyfiyyət baxımından dünyanın 34-cü sıradayıq".

Cavid Qurbanov xüsusilə vurğulayıb ki, Bakıda Güzdək yolunun araşdırmasına başlanılıb: "Həmin yolu təmir edərək, yerüstü metro kimi insanların xidmətinə verməyi düşünürük".