Həbsdə olan iranlı rejissor aclıq aksiyasına başlayıb

19:28 02.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Həbsdə olan iranlı rejissor Cəfər Pənahi Evin həbsxanasında aclıq aksiyasına başlayıb, The Hollywood Reporter yazır.

“Ola bilsin ki, cansız bədənim həbsdən çıxana qədər bu vəziyyətdə qalacağam”, Pənahi deyib.

O, “hakimiyyət əleyhinə təbliğat apardığına” görə 6 il müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin iyul ayında məhkəmə iclası keçirilib və bu iclasda məhkəmə hökmün qəti və məcburi olduğunu tanınmasına qərar verib.