Həftə sonları restoranlarda yerində xidmət dayandırılır - Qadağa

13:56 19.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həftə sonları kafe-restoranlar, bərbərxana və gözəllik salonları işləməyəcək.

2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır.

Hafta.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.