Həmsədrlərin regiona səfəri gözlənilir

15:14 28.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərini gözləyirlər.

APA-nın “Sputnik Armenia”ya istiandən verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Ara Ayvazyan jurnalistlərə açıqlamasında bildirib.

“Biz qısa müddətdə onlarla əlaqə saxlayacağıq. Həmsədrlərin regiona səfərini səbirsizliklə gözləyirik. Bu barədə əlavə açıqlama olacaq”, - deyə Ermənistan XİN başçısı vurğulayıb.