Hərbi hospitalda müalicə alan hərbi qulluqçular ziyarət olunub - FOTO

16:14 31.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub. 

Hafta.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın binasında ucaldılan büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.

General-mayor N.Əliyev hospitalın tibb heyəti və orada müalicə olunan hərbi qulluqçularla görüşərək onlara Müdafiə nazirinin bayram təbriklərini çatdırıb, müalicə prosesi ilə maraqlanıb və bayram sovqatları təqdim edib.