Milyonlarla dollar qonorar almaq, filmin premyeralarına ən gözəl geyimlərdə gəlmək, bahalı evlərdə yaşamaq – bütün bunlar hamıda paxıllıq yaradır.
Hafta.az-ın yazdığına görə, ancaq dəbdəbəli həyat həmişə xoşbəxtlik gətirmir. Aşağıda keçmişdə ciddi ruhi xəsarətlər almış, xoşbəxtliyini itirmiş, bilmədiyimiz müxtəlif bədbəxtliklər yaşamış məşhurların həyatı ilə tanış olacağıq:

Keanu Rivz
Keanu Rivz 1998-ci ildə Cennifer Saymla görüşməyə başladı, bir il sonra Saym hamilə qaldı və nəhayət Ava Arçer Saym-Rivz adlı körpə ölü doğuldu. İki il sonra qadın narkotikin təsiri altında avtomobil qəzasında öldü, hadisələrdən beş il sonra Keanu Rivz “Parade” nəşrinə müsahibə verdi: “Mərhum həyat yoldaşım və övladım üçün darıxıram, çünki onlar həyatımın bir parçası idilər. Çox vaxt düşünürəm ki, onlar sağ olsaydılar, həyatımız necə olardı... Mən tez-tez bir daha geri dönməyəcək sevdiklərimi düşünürəm”.

Şarliz Theron
Şarliz kimi zərif və uğurlu bir qadına baxanda onun bir vaxtlar yaşadıqlarına inanmaq çətindir. Aktrisa Cənubi Afrikada böyüyüb. Atası alkoqolizmə meylli şiddətli bir adam idi. Bir gün ata yenə içkili halda evə gəlir və arvadını öldürməklə hədələyir. Şarlizin anası özünü müdafiə etmək üçün ərini güllələyir və gənc qız bunun şahidi olur.
Məhkəmə Şarlizin anasına qarşı qətl ittihamını ləğv edib. Aktrisa “ABC News”a deyib: “O hadisəni yaxşı xatırlayıram və anamı başa düşürəm, onun yerində mən də olsam eyni şeyi edərdim”.

Cim Kerri
2000-ci illərin əvvəllərində Cim Kerrinin karyerası geriləməyə başladı. Bəlkə də bu, aktyorun dram janrında işləməsi ilə bağlı idi. O zaman Kerri “Mükəmməl ağılın əbədi parıltısı”, “Aydakı adam” kimi filmlərdə rol alıb.
Müsahibələrin birində aktyor “Oskar” almaq arzusunda olduğunu, lakin nə dramatik, nə də komediya rollarının tanındığını bildirib.
Cim Kerrinin həyatında ən böyük şok 2015-ci ildə baş verib: aktyor Katriona Uaytdan ayrıldıqdan sonra onun keçmiş sevgilisi böyük dozada güclü dərman qəbul edərək intihar edib. Baş verən hadisələrə görə Cim Kerri dərin depressiyaya düşdü: "Onun güclü qadın olduğunu düşünürdüm və ayrılığımızın Katrionaya bu qədər təsir edəcəyini heç ağlıma da gətirmirdim".

Rouz MakQouan
“Sehrli” serialında Peyc obrazını canlandıran aktrisa Rouz Makqouanın uşaqlığı asan keçməyib. O, İtaliyada “Tanrının uşaqları” adlı qeyri-qanuni qrupda böyüyüb. Xarici aləmlə ünsiyyətə icazə verilməyən təriqət rəhbərlərinin azyaşlılara cinsi təcavüz etdiyini öyrənən Rouzun valideynləri bu sektadan ayrılaraq İtaliyadan ABŞ-a köçürlər. Bu zaman Rouzun 10 yaşı olub.
Bir neçə il sonra onu narkotikdən istifadə etməkdə ittihamlayırlar. Xüsusi klinikadan qaçaraq nənəsinin evinə gedən gələcək aktrisa orada da rahatlıq tapmır və sevimli sevgilisini itirir.
Rouzun sevgilisi qəzada dünyasını dəyişəndən sonra, 2007-ci ildə aktrisanın özü də avtomobil qəzasına düşüb və üzünün bir hissəsi zədələnib. Əməliyyata baxmayaraq, MakQouanın üzü əvvəlki kimi deyil.

Liam Nison
Liam Nison gözəl aktrisa ilə evləndi, onların ailəsində iki oğul dünyaya gəldi, lakin Nisonun xoşbəxtliyi uzun sürmədi. 2009-cu ildə Nataşa Riçardson xizək sürərkən başı üstə yıxılıb. Hadisə yerində Nataşa israrla hər şeyin qaydasında olduğunu bildirir. Amma zərbə nəticəsində onun beynində hematoma yaranıb və sonda aktrisa vaxtsız dünyasını dəyişib.

Vudi Harrelson
Vudi Harrelson atasının əslində cinayətkar və qatil olduğunu biləndə çox gənc idi. Gələcək aktyorun üç yaşı olanda valideynləri boşandı və Çarlz ilk dəfə 7 il həbs edildi. Sonra yenidən adam öldürməkdə günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olundu.
Vudi atasını bağışlamaqda çətinlik çəkdi və o, 1968-ci ildən 1981-ci ilə qədər onunla danışmadı. Lakin zaman keçdikcə həbsxanada Çarlzı ziyarət etməyə başladı və hətta vaxtından əvvəl azadlığa buraxılması üçün apellyasiya şikayəti verdi.

Cek Nikolson
Həmişə bahar əhval-ruhiyyəsində olan bu aktyor heç vaxt çətinliklərlə üzləşməmiş bir insana bənzəyir. Lakin Cek Nikolsonun həyatında çoxlu gözlənilməz hadisələr olub. Məsələn, 1974-cü ildə o, gözlənilmədən bacısı Cunun əslində anası olduğunu bildi. Həmin vaxt aktyorun 37 yaşı var idi. Tək ana olaraq, rəqqasə və aktrisa Hollivudda uğur qazanmaq şansının daha az olduğuna inanır və Cekin böyük bacısı kimi davranaraq oğlunu nənə və babasının himayəsində qoyur. O, 1963-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişdi, lakin məşhur aktrisa olmaq arzusu həyata keçmədi.