Yazını böyüt
Yazını kiçilt
Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili kənara çəkilib.
Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.
***
Heydər Əliyev prospekti köməkçi yolda hərəkət tam olaraq dayanıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev hafta.az-a bildirib ki, buna səbəb yolda nəqliyyat hadisəsinin baş verməsidir.
BNA rəsmisinin sözlərinə görə, hazırda tıxaca görə bütün ekspress və müntəzəm xətt avtobusları şəhər istiqamətində hərəkət edə bilmir.