Yazını böyüt
Yazını kiçilt
Sosial şəbəkədə heyvana işgəncə verilməsi ilə bağlı daha bir videogörüntü yayılıb.
Hafta.az xəbər verir ki, sosial şəbəkədə yayılan videoada bir nəfərin heyvanı döyərək bu hərəkəti videoya çəkdiyi yer alıb.
Daxili İşlər Nazirliyi sosial şəbəkədə yayılan bu videogörüntüyə münasibət bildirib. Nazirliyin açıqladığı məlumatda qeyd edilib ki, heyvana qarşı zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma başlayıb. Fakt nəzarətə götürülüb.
Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.