“Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 10-dan çox mülki şəxs ölüb, təxminən 40, nəfər yaralanıb. Xilasetmə əməliyyatları davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır”.
Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.
***
Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 35 nəfər xəsarət alıb.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
***
Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir”, - deyə o qeyd edib.