Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə görüşüb

12:43 08.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Hafta.az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyd edilib ki, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib.