Hikmət Qafarlı növbəti dəfə təyinat aldı 

11:53 24.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.

Hafta.az xəbər verir ki, o, B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.

Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-i saat 19:00-da Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutan Ermənistan – Ukrayna görüşünə olub. Timekeeper kimi iş başında olan referi bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.