Rusiya pezidenti Vladimir Putini NATO-nun genişlənməsi ilə bağlı narahatlığına görə ələ salan Hillari Klinton deyib ki, Rusiyanın rəhbəri Ukraynaya müdaxilə edərək bunu “öz əlləri ilə edib”.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, xanım Klintonun jurnalistlərə "Ukraynada demokratiyanın müdafiəsi, NATO-nun genişləndirilməsi; yeri gəlmişkən, bağışlayın, Vladimir, siz bunu öz əllərinizlə etdiniz" deyərkən gülüş və alqışlara səbəb olub.
ABŞ Dövlət Departamentində çıxışı zamanı rəsmi portretini açan Klinton Benjamin Franklin Dövlət Yeməkxanasında indiki və keçmiş məmurlara müraciət edib.
Klinton əlavə edib: “Heç kim NATO-ya üzv olmağa məcbur edilmir. Biz həmişə deyirik ki, onlar NATO-ya daxil olmağı seçirlər və istəyirlər”.
Demokrat siyasətçi 2016-cı il prezident seçkilərində onu məğlub edən Respublikaçı keçmiş prezident Donald Trampın siyasətini də tənqid edib. Əlavə edib ki, Trampın müttəfiqlərini özündən uzaqlaşdırmaq irsi Vaşinqtonun Rusiyanın işğalını dəf etmək üçün Ukraynaya yardıma dəstək toplamaq qabiliyyətinə dair suallar yarada bilər. “Belə bir şübhə ona görə hiss oluna bilər ki, biz müttəfiqlərimiz və dostlarımızla çoxlu körpüləri yandırmışıq”, - ABŞ-ın keçmiş dövlət katibi deyib.
Klinton öz xələfi, dövlət katibi Entoni Blinkenə təşəkkür edərək, "Başqalarını itələməkdənsə, əslində bizə yaxınlaşdıran xarici siyasəti bərpa etmək olduqca çətin idi. Amerikaya öz reputasiyasını bərpa etməyə imkan verdiyinə görə ona minnətdarıq" deyib.