Hindistanda koronavirus əleyhinə vurulan vaksinlərin sayı 1 milyardı ötdü

15:03 21.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda COVID-19 əleyhinə vurulan vaksin dozalarının ümumi sayı 1 milyardı keçib.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı Hindistan hökumətinin Mətbuat İnformasiya Bürosu yayıb. Məlumata görə, Hindistanın Baş naziri Narendra Modi bu münasibətlə şəxsi “Twitter” səhifəsində həmyerlilərini təbrik edib və bu möhtəşəm nailiyyətə nail olmaq üçün çalışmış alimlərə və səhiyyə işçilərinə təşəkkürünü bildirib.

Ölkənin Səhiyyə naziri Dr. Mansux Mandaviya da ölkəni bu əlamətdar nailiyyətin əldə edilməsi münasibətilə təbrik edib.

Hindistanda son 24 saatda 17561 xəstə sağalıb və pandemiyanın başlanğıcından etibarən xəstəlikdən sağalanların ümumi sayı 33495808 nəfərə çatıb. Beləliklə, Hindistanda xəstələrin koronavirusdan sağalma nisbəti 98,15 faizdir. Sağalma göstəricisi hazırda 2020-ci ilin martından bəri ən yüksək səviyyədədir.

Son 24 saat ərzində ölkədə 18454 yeni yoluxma faktı qeydə alınıb. Ümumi xəstə sayı 200 mindən az olaraq qalmaqda davam edir. Belə ki, hazırda ölkədə 178831 koronavirus xəstəsi var. Ölkədə, həmçinin koronavirus testlərinin aparılma imkanları genişləndirilir. Son 24 saat ərzində ölkədə ümumilikdə 1247506 koronavirus testi aparılıb.

Xatırladaq ki, indiyədək Hindistanda 596 milyona yaxın koronavirus testi keçirilib. 

Siyasət rubrikasından digər xəbərlər