Hindistanın ən bahalı filmi dünya üzrə kassa rekordları qırır

10:55 05.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ən bahalı filmi olan “Kalki 2898 AD” dünyada kassa rekordları qırmaqdadır.

Hafta.az-ın “Screen Rant”a istinadən yazdığına görə, rejissoru Naq Aşvinin olduğu və Say Madhav Burra ilə birlikdə yazdığı elmi fantastika epikası dünyanı şər qüvvələrdən qorumaq üçün yerə endiyi güman edilən hindu tanrısı Vişnunun müasir avatarından bəhs edir.

İki rolu ilə seçilən Prabhasdan başqa, “Kalki 2898 AD” filminin aktyor heyətinə Amitabh Baççan, Kamal Hasan, Dipika Padukone, Dişa Patani, Sasvata Çatterci, Brahmanandam, Rajendra Prasad, Şobhana, Pasupati və Anna Ben daxildir.

Hind kitablarından ilhamlanan elmi fantastika, Kalki Sinematik Kainatının ilk filmidir.

Təxminən 75 milyon dollar büdcə ilə çəkilən film qlobal kassa rekordunu qıra bilib.

“Collider”ə görə, “Kalki 2898 AD” açılış həftəsonunda Hindistan kinosu tarixində ən yüksək gəlir gətirən debüt etməyi bacarıb.

Film nümayiş olunduğu ilk 4 gündə təxminən 66 milyon dollar qazanıb.

Təsirli ümumi gəliri ilə “Kalki 2898 AD”, keçən il buraxılan 2022-ci ilin “RRR və Jawan”ın ilk həftə sonu qazancını da üstələyib.

Təxminən 75 milyon dollar büdcə ilə indiyə qədər ən bahalı hind filmi olan “Kalki 2898 AD” filminin ilkin olaraq mayın 9-da nümayişi planlaşdırılırdı. Lakin istehsal işləri tamamlanmadığı üçün elmi-fantastik filmin nümayiş tarixi iyun ayına təxirə salınıb.