İcbari tibbi sığortada bu tətbiq təxirə salındı

13:51 02.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılıb.

Hafta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" qanuna dəyişikliyi təsdiq edib.

Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.