İftarda bu qidalar zərərlidir - Xəbərdarlıq

09:58 22.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ramazan ayında və ya uzun müddətli aclıqdan sonra orucun düzgün açılması sağlamlıq baxımından olduqca vacibdir. Bildirilir ki, axşam saatlarında qəfil və düzgün seçilməmiş qidalar həzm sistemi problemlərinə, şəkər dalğalanmasına və halsızlığa səbəb ola bilər.

Hafta.az xəbər verir ki, oruc açarkən aşağıdakı qidalardan uzaq durmaq tövsiyə olunur:

Yağlı və qızardılmış yeməklər

Mədə üçün ağırdır, həzmi çətinləşdirir və köp yarada bilər. Həddindən artıq şirniyyat və şəkərli məhsullar qanda şəkərin sürətlə qalxıb enməsinə səbəb olur, bu da halsızlıq və başgicəllənmə yarada bilər.

Qazlı içkilər

Mədədə köp və narahatlıq yaradır, susuzluğu artırır. Çox duzlu qidalar Susuzluğu gücləndirir və bədəndə maye balansını poza bilər.

Çox böyük porsiyalar

Birdən-birə çox yemək mədə və bağırsaq sisteminə yük düşməsinə səbəb olur. Oruc yüngül şəkildə, ilk növbədə su və ya ilıq maye ilə açılmalı, daha sonra şorba, tərəvəz yeməkləri, zülallı və balanslı qidalar qəbul edilməlidir. Yemək yavaş və sakit şəkildə yeyilməlidir./sfera/