Yazını böyüt
Yazını kiçilt
Beynəlxalq Muğam Mərkəzinin quruluşçu rejissoru İlqar Aydın oğlu Əkbərov vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə Muğam Mərkəzi məlumat yayıb.
İlqar Əkbərov 20 iyun 1973-cü ildə Bakı şəhərində anadan olub. Bülbül adına orta ixtisas musiqi məktəbini və Bakı Musiqi Akademiyasını tar ixtisası üzrə bitirib.
1994-cü ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində musiqi tərtibatçısı kimi işə başlayıb.
2021-ci ildən Beynəlxalq Muğam Mərkəzində quruluşçu rejissor kimi fəaliyyət göstərirdi.