İmişli rayonunda ev yanıb

11:13 25.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişli rayonunun Qaraqaşlı kəndində ümumi sahəsi 210 kvadratmetr olan birmərtəbəli evin kərpic, qamış və taxta materiallardan ibarət konstruksiyaları və içərisindəki əşyaları 140 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.