Krım Tatar Milli Məclisinin (KTMM) sədr müavini Nəriman Cəlal Krım Platforması Liderlər Zirvəsi ilə bağlı QHA-ya bəzi açıqlamar verib.
Hafta.az-ın QHA-ya istinadən yazdığına görə, Cəlal, "Krım Platformasına qatılan ölkələr Ukrayna səlahiyyətliləri ilə birlikdə Krımın Ukrayna ərazisi olduğunu bir daha təsdiqləyiblər” deyib.
Ukraynanın yerli xalqı olan Krım tatarlarının vətəni Krımın Ukrayna ilə Rusiya arasında aparılan sülh danışıqlarında müzakirə mövzusu olmayacağına ümid etdiyini bildirən Cəlal, “İnanıram ki, Krım danışıqlar predmeti olaraq görünməyəcəkvə müharibəni dayandırmaq üçün qurban verilə biləcək torpaq parçası olmayacaq” deyib.
4-cü Krım Platforması Liderlər Sammitinin müxtəlif sessiyalarında Ukraynaya dəstəklə bağlı daha konkret və praktiki məsələlərin qeyri-rəsmi şəkildə müzakirə olunacağına əmin olduğunu bildirən KTMM vitse-prezidenti bildirib ki, platforma simvolik dəyər daşısa da, ilk növbədə Krımın azad edilməsi üçün konkret dəstək verəcək. “Başa düşürəm ki, KTMM çıxış yolu aramaq məqsədilə sənədlər hazırlamaq və tədbirlər təşkil etmək üçün nəzərdə tutulub. Məncə, həqiqətən vacib olan da budur”, - o bildirib.
Krım Platforması; Krımda Ukraynanın Rusiya tərəfindən işğalına beynəlxalq reaksiyaların artırılması, artan təhlükəsizlik təhdidlərinin qarşısının alınması, Rusiyaya beynəlxalq təzyiqlərin genişləndirilməsi, işğal rejiminin qurbanlarının müdafiəsi və insan haqlarının növbəti dəfə pozulmasının qarşısının alınması, azadlığın təmin edilməsi məqsədilə təşəbbüs irəli sürülüb.
Platformanın bir neçə səviyyədə fəaliyyət göstərməsi nəzərdə tutulur: dövlət və hökumət rəhbərləri, xarici işlər nazirləri, parlamentlərarası əməkdaşlıq və ekspertlərin əməkdaşlığı səviyyəsində. Krım Platforması 23 avqust 2021-ci ildə Kiyevdə keçirilən açılış sammiti ilə rəsmən fəaliyyətə başlayıb. Sammitdə iştirak edən 46 ölkə birgə Krım Platforması Bəyannaməsini imzalayıb. Krım Platformasına qatılan ölkələrin sayı ildən-ilə artır.