İran Prezidentinin köməkçisi koronavirusa qalib gəldi

12:54 15.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran Prezidenti Həsən Ruhaninin Qadın və Ailə İşləri üzrə köməkçisi Məsumə İbtikar koronavirusa qalib gəlib.

Hafta.az İran mətbuatına istinadən bildirir ki, Prezident köməkçisi sağaldıqdan sonra ofisində keçirilən iclasa qatılıb.

Qeyd edək ki, M.İbtikarın virusa yoluxduğu fevralın 27-də açıqlanmışdı.

Hazırda İranda 12 mindən artıq insan koronavirus daşıyıcısıdır. Pandemiya bu ölkədə 611 insanın həyatına son qoyub.