İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

13:39 06.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın London şəhərində İranla əlaqələri olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

Hafta.az Böyük Britaniya polisinin məlumatına istinadla xəbər verir ki, saxlanılan şəxslərdən 1-i İran vətəndaşı, digərləri həm Böyük Britaniya, həm də İran vətəndaşlığına malik şəxslərdir.

Onlar xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə şübhəli bilinirlər.

Polisin bu istiqamətdə əməliyyatları davam etdirdiyi bildirilir.