İrandan narkotik keçirilməsinin qarşısı alınıb

10:26 12.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Bu barədə hafta.az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 kq tiryək) və 2000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.