İranın milli irs, əl işləri sənayesi və turizm naziri Azərbaycana səfər edəcək

10:33 22.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın milli irs, əl işləri sənayesi və turizm naziri İzətullah Zərqami gələn həftə Azərbaycana səfər edəcək.

Hafta.az xəbər verir ki, səfər çərçivəsində iranlı nazirin bir sıra rəsmi şəxslərlə görüşləri keçiriləcək.

Görüşlərdə turizm sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, tarixi və dini abidələrin bərpası və digər məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində əməkdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulub.

Oxunma sayı 163
Gündəm rubrikasından digər xəbərlər