İranla Azərbaycan arasında dəmir yolu sahəsində əlaqələr genişlənir

10:56 22.07.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın Yol və Şəhərsalma nazirinin müavini, eyni zamanda Dəmir Yolları şirkətinin direktoru Səid Rəsuli “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru və Azərbaycanın digər rəsmi şəxsləri ilə müzakirələr aparmaq üçün dünən gecə Bakıya səfərə gəlib.

Hafta.az yazır ki, səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt – Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar. Həmçinin S.Rəsulinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Cavid Qurbanovla yanaşı, digər rəsmi şəxslərlə, o cümlədən İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü də nəzərdə tutulub.