İrəvanda polis etirazçıları saxlamağa başlayıb

16:19 30.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan polisləri və xüsusi təyinatlı bölmələr İrəvanda hökumət evi önündə etiraz aksiyalarının iştirakçılarını saxlamağa başlayıb.

Hafta.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, səhər saatlarında hökumət evinə girməyə cəhd göstərən nümayişçilər oradan aralanaraq şəhərdə yürüş ediblər. Lakin bir qədər dövrə vuraraq yenidən geri qayıdıblar. Bundan sonra hökumət evinin yaxınlığında xüsusi təyinatlılar və polislə toqquşma baş verib. Güc strukturları ictimai qaydanı pozanları saxlamağa başlayıblar.

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları bir aydan çoxdur davam edir.