İstanbulda uçan binaların dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.
Hafta.az bildirir ki, dağıntılar altından çıxarılan 10 nəfərin müalicəsi isə xəstəxanalarda davam etdirilir.
***
İstanbul valisi Davud Gül yaşayış binalarının uçması nəticəsində dağıntılar altında qalan şəxslərdən 9 nəfərin sağ çıxarıldığını söyləyib.
Hafta.az bildirir ki, D.Gül 2 nəfərin axtarışlarının davam etdirildiyini bildirib.
***
Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.
Hafta.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.
İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.
Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir. Axtarış-xilasetmə işləri davam edir.
***
İstanbulun Fatih rayonunda üçmərtəbəli yaşayış binası çöküb.
Hafta.az xəbər verir ki, çökən binada axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Bir nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.